Haqqımızda

Elm və Təhsil İşçiləri Şəki Şəhər Komitəsi xidmətində olan təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində iş aparır.
Komitə təhsil işçilərinin sosial, əmək və iqtisadi hüquqlarını qorumaqla yanaşı, üzvlərimizin və onların ailə üzvlərinin sağlamlığının təmin olunması,asudə vaxtlarının səmərəli təşkili, mədəni kütləvi tədbirlərdə,intellekual oyunlarda və idman yarışlarında iştirakına imkan yaratmağı da qarşısına məqsəd qoymuşdur.
Ən böyük dəyərimiz və nailiyyətimiz Şəki Şəhər Təhsil işçilərinə göstərdiyimiz xidmətlə onların etimadını qazanmaq və nümunəvi həmkarlar ittifaqı komitəsi olmaqdır.
İttifaqın struktur genişliyi və üzv sayı
Şəhər Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 155 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatında 7451 nəfər ittifaq üzvünü özündə birləşdirir.
Şəki Şəhər Komitəsinin fəaliyyət istiqamətləri


